ABŞ-nin Kiyevdəki səfirliyi son günlər Rusiya tərəfindən Ukraynaya qarşı raket və dron hücumlarının intensivləşdiyini bildirib.
Milli.Az xəbər verir ki, bəyanatda qeyd olunur ki, hava hücumu riski yüksək olaraq qalır.
Ukraynadakı amerikalılara hava hücumu siqnalları zamanı ehtiyatlı olmaq, pəncərələrdən uzaq durmaq və əvvəlcədən sığınacaq yerləri müəyyənləşdirmək tövsiyə edilib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ aerodromlarına hücumlara cavab veriləcəyini bəyan edib.
Asya
Milli.Az