Yay mövsümündə avtomobil boyasını necə qoruyaq?

6 İyun 2025 04:04

Yay fəsli avtomobil sahibləri üçün boya örtüyünün zədələnməsi baxımından riskli dövrdür.

Milli.Az xəbər verir ki, avtomobil boyasının Günəş, toz və yüksək istiliyin təsirindən qorunması üçün bir sıra sadə, amma effektiv qaydalar təqdim edib.

Mütəxəssislər bildirir ki, avtomobili birbaşa Günəş altında yumaq boya üzərində ləkələr və mikroçatlara səbəb ola bilər. Buna görə avtomobilin yuyulması sərin və kölgəli havada həyata keçirilməlidir.

Bundan başqa, avtomobilin üzərində yaranan həşərat qalıqları və digər çirklər dərhal su və mikrofiber parça ilə təmizlənməlidir. Quru bezlə silmək isə boya üçün zərərli sayılır.Təcrübəli sürücülər həmçinin avtomobilin boyasını mütəmadi yumağın vacibliyini vurğulayırlar. Toz və qum hissəcikləri görünməsə də, uzun müddətdə boya səthində cızılmalara səbəb olur. Bu səbəbdən avtomobilin 7-10 gündə bir yuyulması məsləhət görülür.

Eyni zamanda, boya qoruyucu vasitələrdən maye mum, sprey və mövsümi keramika örtüklərindən istifadə edilərək ultrabənövşəyi şüaların təsiri minimuma endirilə bilər. Avtomobilin günəşli havada park edilməsi boyanın solmasına gətirib çıxarır. Mütəxəssislər kölgəli yerlərdə dayanmağı və tent, örtük kimi qoruyucu vasitələrdən istifadəni tövsiyə edirlər.

Yay aylarında boya üzərində yaranan çat və qopmaların vaxtında aradan qaldırılması zəruridir. Kiçik zədələrin böyüməsinin qarşısını almaq üçün boya qələmi və qoruyucu üzlüklərdən istifadə etmək faydalıdır.

Bu sadə qaydalara əməl etməklə avtomobil sahibləri yay mövsümündə avtomobil boyasını qorumaq və uzun müddət yeni kimi saxlamaq imkanına malik olacaqlar.

Asya
Milli.Az