Professordan gənc oğlanlara: "O qızlarla evlənməyin"

5 İyun 2025 00:39

"Hörmətli gənc oğlanlar, ailə quracağınız qızdan soruşun ki, uşağımızın adı nə olsun? Görsəniz ki, təkif olunan adlar fransız, ingiliz, çin, ispan adlarıdırsa, məncə, sizi nələr gözləyəcəyinizi artıq təxmin edə bilərsiniz".

Milli.Az xəbər verir ki, bu sözləri hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev qeyd edib. O, bu fikirlərini mililiklə əlaqələndirib:

"Həmin xanım bizim tariximizi, ədəbiyyatımızı, folklorumuzu bilmir, ondan utanır. Ona bunu öyrətmək lazımdır. Öyrənmək istəmirsə, seçiminizi gözdən keçirməyi təklif edirəm. 

Bizim o qədər gözəl və tarixən istifadə etdiyimiz qadın adlarımız var ki, onlar olan yerdə Coanna, Suzanna, Rihanna, kimi adlar milli mənsubiyyətə yadlığımızın işarəsidir. 

Məsələ budur ki, əsas olan mədəniyyətdir, ad lakonik və gözəl səslənəndən sonra, ad əsas deyil. İndi xanıma Süzi deməklə nə o anadan doğulan kimi ingilis dilində danışa bilir, nə də ki qərb mədəniyyətinin dəyərlərinin daşıyıcısı olur. Sadəcə Süzi adlı Fatmanisə olur, ətrafını bəyənmir", - deyə o, əlavə edib.

 

Milli.Az