Rusiya Xarkovu dron və raketlərlə atəşə tutdu

4 İyun 2025 16:55

İyunun 3-dən 4-nə keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynanın Xarkov şəhəri pilotsuz uçuş aparatları və raketlərlə atəşə tutulub. Nəticədə şəhərin dörd istiqamətində genişmiqyaslı yanğınlar qeydə alınıb, yaşayış binaları ciddi ziyan görüb. Yaralıların sayı dəqiqləşdirilir.

Milli.Az xəbər verir ki, ilkin məlumatlara əsasən, hücumda Rusiya tərəfi 9 ədəd "Şahed" tipli dron və 2 raketdən istifadə edib.

Eyni gecə ərzində Rusiya Müdafiə Nazirliyi Krım, Kursk və Belqorod bölgələrinin hava məkanında Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə açıqlamasında son sutka ərzində Rusiya ordusunun 1000-dən çox hərbçi və 223 texnika itirdiyini qeyd edib.

Asya
Milli.Az