Rusiyada saxlanılan erməni iş adamı ekstremizm iddiası ilə yoxlanılacaq

4 İyun 2025 14:44

Rusiyada saxlanılan erməni əsilli iş adamı Areqa Şepixin ekstremist fəaliyyətlərlə bağlı yoxlamaya cəlb olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, DİN-in Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsi Areqa Şepixinin Çeçenistan sakinlərinə qarşı ünvanladığı təxribat xarakterli bəyanatlarla bağlı videomaterialları araşdıracaq.

Yoxlama çərçivəsində müvafiq ekspertizalar da təyin olunacaq və hüquqi qiymət veriləcək.

Kənan
Milli.Az