Ermənistanda ölümcül virus aşkarlandı

4 İyun 2025 12:08

Ermənistanda Qərbi Nil qızdırmasının laboratoriya tərəfindən təsdiqlənmiş 1 nəfərdə yoluxma halı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Bildirək ki, Qərbi Nil qızdırması ötürücü virus xəstəliyidir, onun daşıyıcıları əsasən ağcaqanadlardır.

İnfeksiya insandan insana keçmir. Kliniki simptomlara baş ağrısı, əzələ ağrısı, səpgi, başgicəllənmə, ağır hallarda isə meningit, ensefalit, mərkəzi və ya periferik sinir sisteminin zədələnməsi əlamətləri daxildir. 

Milli.Az