Bu il qurban kəsmək neçəyə başa gələcək?

4 İyun 2025 11:45

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır. 

Bəs qiymətlər vətəndaşları qane edir? 

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə qiymətlərdə keçən illə müqayisədə bahadır. Qoyunların qiyməti müştərilərə istəyə görə təklif edilir. 

Satıcılar həmçinin, alıcıların az olmasından gileylənir. Diri halda qurbanlığın kilosu 9 manatdır. Amma kəsib əti verəndə isə 18 manatdır.

Alıcılar isə bildirirlər ki, qiymətlər çox bahadır:

"Əvvəl tərəddüd eləmədən alıb gedirdik. Amma bu il qiymətlər yüksəkdir cibimizə sərf eləmir". 

Qeyd edək ki, 6 ayını keçən quzular 15, 16 kq olur. Bu da təxmini 270, 280 manat civarında olur. 

Xatırladaq ki, AQTA tərəfindən bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də kəsim və satış 29-unda qurbanlar heyvanların yalnız satışı, 27-də isə ancaq heyvan kəsimi xidmətləri təklif olunacaq. 

Aysel Əkbər
Milli.Az