PSJ cərimələnəcək

4 İyun 2025 19:30

Fransanın PSJ klubunu cərimələyəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının final matçı zamanı və oyundan sonra klubun azarkeşlərinin aqressiv davranışlarına görə fransızlar cəza alacaq.

Həmçinin, görüşün keçirildiyi "Münhen Arena"ya dəymiş ziyanı da PSJ ödəyəcək.

Belə ki, klub fanatikləri tribunalarda oturacaqlara zərər veriblər və stadionda qapının torunu kəsiblər, qazon parçalarını qoparıblar.

Xatırladaq ki, final oyunu PSJ "İnter" üzərində 5:0- lıq möhtəşəm qələbəsi ilə başa çatmışdı.

Hüseyn
Milli.Az