Bakıda iki qardaş bıçaqlandı

4 İyun 2025 09:55

Bakıda iki qardaş bıçaqlanıb.

Milli.Az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

1989-cu il təvəllüdlü Amil Tağıvev mübahisə zamanı bıçaqla 1987-ci il təvəllüdlü Şahin Mehtiyev və 1986-cı il təvəllüdlü Tofiq Mehtiyevə bədən xəsarəti yetirib.

Nəticədə xəsarət alan qardaşlar Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Milli.Az