Cənubi Koreya yeni prezidentini seçdi

4 İyun 2025 18:55

Cənubi Koreyanın yeni prezidenti müəyyənləşib.

Milli.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Cənubi Koreyada keçirilən prezident seçkilərinin qalibi bəlli olub. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası rəsmi açıqlama yayıb.

Toburo Demokratik Partiyasının namizədi Li Çje Myon seçkilərdə 49,4 faiz səslə liderlik edərək qələbə qazanıb.

Səslərin təxminən 95 faizi hesablandıqdan sonra Cənubi Koreya mediası artıq Li Çje Myonun seçkiləri qazandığını rəsmən təsdiqləyib.

Seçkidə mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su 41,1 faiz səs toplayıb.

Cənubi Koreya mətbuatı qeyd edir ki, Li Çje Myonun prezidentlik müddəti Mərkəzi Seçki Komissiyası sədrinin plenar iclasda onun qələbəsini rəsmən elan etdiyi andan etibarən başlayacaq.

Milli.Az