Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kiçik solistlər” adlı konsert - FOTO

3 İyun 2025 18:03

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı təqdim olunub. "Kiçik solistlər" adlı konsert proqramında Teatrın Estrada Simfonik Orkestri ilk dəfə gənc solistləri müşayiət edib.  Layihədə beynəlxalq və respublika müsabiqələrinin laureatları Ağayarova Gövhər, Ömər Bəbirli, Məhərrəmli Milay, Osmanzadə Zəhra, Məmmədli Nərgiz, Niftəliyev Mehdi, Məmmədli Yunis, Əhmədov Hüseyn, Əkbər Quliyev, Məşədiyeva Fidan, Teymur Qarayev, Arif Qarəhmədli çıxış ediblər. 

Proqramda Niyazi, Tofiq Quliyev, Oqtay  Kazımi və  digər tanınmış Azərbaycan bəstəkarlarının əsərləri səslənib. 
Konsertin sonunda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli çıxış edərək 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  iştirakçıları təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıb. Daha sonra direktor layihənin bütün iştirakçılarını diplomla təltif edib. 
Qeyd edək ki, layihənin  məqsədi ölkəmizdə gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması və dəstək verilməsidir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az