"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmə ehtimalı açıqlandı

3 İyun 2025 19:23

2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə vəsiqə qazana biləcək klublarla bağlı araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, "Football Meets Data" Çempionlar Yolu ilə təsnifat mərhələlərinə qatılacaq komandaların şanslarını açıqlayıb.

13 klub arasında Azərbaycan çempionu "Qarabağ" da yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin ÇL-in əsas mərhələsində iştirakı 17 faiz olaraq göstərilib. Ağdam təmsilçisi İsveçin "Malmö" komandası (17 faiz) ilə birlikdə 12-13-cü yerləri bölüşdürür.

ÇL-də əsas mərhələyə Çempionlar Yolu ilə vəsiqə qazana biləcək klublar

1. "Seltik" (Şotlandiya) - 70 faiz

2. "Budyo Qlimt" (Norveç) - 67 faiz

3. "Ştrum Qraz" (Avstriya) - 48 faiz

4. "Bazel" (İsveçrə) - 43 faiz

5. "Kopenhagen" (Danimarka) - 41 faiz

6. "Srvena Zvezda" (Serbiya) - 35 faiz

7. "Makkabi" (İsrail) - 26 faiz

8. FCSB (Rumıniya) - 23 faiz

9. "Ferentsvaroş" (Macarıstan) - 23 faiz

10. "Lex" (Polşa) - 22 faiz

11. "Dinamo" (Ukrayna) - 19 faiz

12. "Qarabağ" (Azərbaycan) - 17 faiz

13. "Malmö" (İsveç) - 17 faiz. (oxu.az)

 

Milli.Az