Səlçuk İnan bu komandaya baş məşqçi təyin edildi

3 İyun 2025 15:20

Yeni mövsümdə Türkiyə Superliqasında mübarizə aparacaq "Kocaelispor"un yeni baş məşqçisi məlum olub.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə tanınmış mütəxəssis Səlçuk İnan gətirilib. Onunla 1+1 illik müqavilə imzalanıb.

Səlçuk İnan son olaraq "Qaziantep" komandasında işləyib.

Milli.Az