"Sənin mahnıların zibillikdir"

3 İyun 2025 14:19

Meyxanaçı Orxan Lökbatanlı ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasındakı qalmaqal "alovlanıb.

Milli.Az xəbər verir ki, söz ustasının barəsində "Hüseyn bunları reklam üçün edir" sözləri onun boğazından keçməyib.

Hüseyn meyxanaçıya "@axsamaz" instaqram səhifəsində cavab verib:

"Toylar o qədər çoxdur ki, dincəlməyə belə vaxt yoxdur. Mən doğrunu söyləyirəm. Orxan, sənin yazdığın şeirlər mükəmməldir. Qardaşım, Allah səni var eləsin. Mahnıların isə təmiz zibillikdir".

Musa
Milli.Az