“Məni söyə bilərsiniz, amma ölkəmi əsla”

3 İyun 2025 14:58

Yunanıstanlı azarkeşlər türkiyəli baş məşqçisi Ergin Atamanı özündən çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Panatinaikos" basketbol klubunun məşqçisi Superliqanın pley-off-unda  "Olimpiakos"a 91:83 hesabı ilə uduzduqları qarşılaşmadan sonra yaşananlar sərt reaksiya bildirib. 

O, Türkiyəyə qarşı təhqiramiz şüarlar səsləndirənlərə belə cavab verib:

"Bu, idman deyil, sirkdir. Burada heç kim mənim ölkəmi söyə bilməz. Mənə və ya "Panatinaikos"a söyə bilərlər, amma Türkiyəni söyə bilməzlər. Ona görə də mənə ikinci texniki faul verildi".

Hüseyn
Milli.Az