Gəncədə qohumlar arasında dava - Saxlanılan var - YENİLƏNİB

3 İyun 2025 09:59

Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb, saxlanılan var.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhərində qohumlar arasında baş verən insident nəticəsində Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.

Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.

09:45

Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.

Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində yaralanıblar. 45 yaşlı Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.

Faktla bağlı araşdırma başlanılıb./"qafqazinfo"

Milli.Az