Millimizin 3 üzvü koronavirusa YOLUXDU

3 İyun 2025 09:27

Minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisinin 3 üzvündə koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, bunlar komandanın kapitanı, yarımmüdafiəçi Elvin Əlizadə və hücumçu Samir Həmzəyev, eləcə də köməkçi-məşqçi Sərxan Məstiyevdir.

Belə ki, Dünya çempionatının final oyunundan sonra yığma üzvlərindən götürülmüş COVID-19 testinin cavabı müsbət olub. 

Onlar millinin düşərgəsini tərk ediblər, hazırda özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki, Azərbaycan millisi finalda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub. /"Teleqraf"

Milli.Az