Küləkli hava şəraiti qatarların gecikməsinə səbəb olub? - AÇIQLAMA

3 İyun 2025 09:22

Paytaxtda və bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

Bəs küləkli hava sürət qatarlarının fəaliyyətinə necə təsir edib?

Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, sürət qatarlarının fəaliyyətində heç bir dəyişiklik yoxdur.

Qeyd edilib ki, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Milli.Az