Osimhenin yeni klubu bəlli oldu

2 İyun 2025 23:20

Viktor Osimhenin yeni komandası bəlli olub. 

Milli.Az xəbər verir ki, 2024-25 mövsümünü icarə əsasında "Napoli"dən "Qalatasaray"da keçirən nigeriyalı hücumçunun yeni klubu müəyyənləşib. Osimhen karyerasını Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunda davam etdirəcək. Tərəflər arasında 3 illik müqavilə bağlanıb. Bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb. 

Osimhen "Əl Hilal"da ilk matçını iyunun 18-i Bakı vaxtı ilə saat 23:00-da "Real Madrid"ə qarşı Klublararası dünya çempionatının qrup oyununda keçirəcək. 

Milli.Az