Zelenski Rusiya nümayəndə heyətini “axmaq” adlandırdı

3 İyun 2025 07:07

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda iki-üç günlük atəşkəs təklif edən Rusiya nümayəndə heyətini tənqid edib.

Milli.Az xəbər verir ki, "Onlar iki-üç günlük atəşkəsə döyüş meydanından ölüləri götürmək üçün hazırdırlar. Düşünürəm ki, onlar axmaqdırlar, çünki atəşkəs ölənlərin olmamasını təmin etmək üçündür. Yəni əhval-ruhiyyəni görürsünüz. Onlar üçün bu, müharibədə qısa fasilə deməkdir", - Zelenski qeyd edib.

Milli.Az