İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin dünya çempionu olması münasibətilə paylaşım edilib - FOTO

2 İyun 2025 20:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin dünya çempionu olması münasibətilə paylaşım edilib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycana qələbələr yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik!"

Milli.Az