"Qarabağ"ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarıldı

2 İyun 2025 19:10

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən "Skonto" stadionunda Latviya, iyunun 10-da isə "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Milli.Az