Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik

2 İyun 2025 16:59

Siz (Azərbaycan minifutbol millisinin üzvləri - red.) bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər".

Milli.Az