“Kurtlar Vadisi Pusu”: Polad İskəndəri öldürəcəkmi? - VİDEO

1 İyun 2010 11:09
Milli.Az xəbər portalı serialın rəsmi internet saytına istinadən xəbər verir ki, yay tətili ilə əlaqədar çəkilişlərə fasilə veriləcək. Ötən həftə nümayiş olunan seriyada İskəndəri asmağa hazırlaşan Polad Alemdar ayrılmağa qərar verdiyi həyat yoldaşı Ebrunun da İskəndərin adamları tərəfindən eyni aqibətə məruz qaldığını öyrənir.

Poladın bundan sonra hansı addımı atacağı 93-cü seriyada məlum olacaq. Yeni seriyanın nümayiş olunan fraqmentində asılma səhnəsi olsa da, edam olunanın kimliyi hələlik bəlli deyil. Bu həftəki seriyada bir sıra suallar cavabını tapmalıdır.

Polad və komandası Ebru və körpə Elifi xilas edə biləcəkmi? Zazanın yerinə kim basqın edir:
Aron Feller Poladdan intiqam almaq üçün Ebru və Elifi ələ keçirməkmi istəyəcək?

"Kurtlar Vadisi Pusu"nun 93-cü seriyası iyunun 3-də yaymlanacaq.

Milli.Az