Torresin yeni təyinatı

1 İyun 2025 00:28

İspaniya millisinin sabiq üzvü Fernando Torres yeni müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, o, Madrid "Atletiko"sunun B komandasına baş məşqçi təyin edilib.

İspaniya millisinin sabiq forvardının anlaşmasının müddəti 2027-ci ilin yayına qədərdir.

Torres 2022-ci ildən futbolçu kimi uzun illər formasını geyindiyi "Atletiko"nun ikinci komandasını çalışdırır.

 

Milli.Az