Rihannaya ağır itki - FOTO

31 May 2025 21:55

Rihannanın atası Ronald Fenti 70 yaşında qısa müddətli xəstəlikdən sonra vəfat edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna'nın atası Ronald Fenty 70 yaşında vəfat edib.

Hal-hazırda hamilə olan və üçüncü övladını gözləyən Rihanna 1988-ci ilin fevral ayında Fenty və anası Monika Breytveytin ailəsində dünyaya gəlib.

İlk olaraq xəbəri yayan Starcom Network (Rihannanın vətəni Barbadosda yerləşən media qurumu) bildirir ki, Fenty Los-Ancelesdə "qısa müddətli xəstəlikdən" sonra dünyasını dəyişib. Onun ölüm tarixi və dəqiq səbəbi hələ ki açıqlanmayıb.

Mənbələrin verdiyi məlumata görə, Fenty vəfat edərkən ailəsi onun yanında olub.

Lalə Qüdrətova
Milli.Az