Rüfət Səfərovun həbs müddəti 23 gün də uzadıldı

31 May 2025 18:24

Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 23-nə kimi uzadılıb.

Qeyd edək ki, R.Səfərov külli miqdarda dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham olunur.

Milli.Az