Çempionlar Liqasının finalı bu kanallarda yayımlayacaq

31 May 2025 13:19

Çempionlar Liqasının bugünkü final oyununa Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə baxmaq mümkün olacaq.

Milli.Az xəbər verir ki, həlledici görüşdə İtaliyanın "İnter" və Fransanın PSJ klubları üz-üzə gələcəklər.

Oyunu Azərbaycanda "CBC Sport" kanalı, Türkiyədə isə TRT-1 kanalı canlı yayımlayacaq.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. /qol.az

Milli.Az