Məşhur aktrisa öldü

31 May 2025 10:42

Amerikalı aktrisa Loretta Suit vəfat edib.

Milli.Az xəbər verir ki, "MASH" serialında (1972-1983) oynadığı mayor Marqaret Haliqan rolu ilə izləyəcilərə tanış olan L.Suit 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1972-1983-cü illərdə CBS telekanalında nümayiş olunan serial dövrünün rekord sayda izləyiciyə malik ekran əsərlərindən sayılıb. Belə ki, təkcə son seriyasını 100 milyon tamaşaçı izləyib. /Kult.az

Milli.Az