“Bundan xoşbəxt gün ola bilməz” - Elşad Quliyev

30 May 2025 22:22

Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqronu məğlub edərək dünya çempionatının finalına yüksəlib.

Milli.Az xəbər verir ki, yığmamızın baş məşqçisi Elşad Quliyev oyundan sonra fikirlərini bildirib:

- Xalqımızı təbrik edirəm. Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq. Bilmirəm necə hisslərdir. Azarkeşlər bizə böyük dəstək oldular. Final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz.

- Demək olar ki, finalda hansı rəqib olsa da, biz çempionuq?

- Bunu finaldan sonra danışarıq. Bu gün finala yüksəlməyin ləzzətini çıxarmaq lazımdır.

- Finaldakı potensial rəqiblərin oyununu izləyəcəksiz?

- Bəli. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır.

Milli.Az