Ronaldu qərarını verdi

30 May 2025 19:03

Kriştiano Ronaldu klubunu dəyişməyəcək.

Milli.Az xəbər verir ki, portuqaliyalı ulduz yenidən "Əl-Nəsr"lə razılıq əldə edib. O, karyerasını burada davam etdirəcək.

Bu barədə "Foot Mercato" məlumat yayıb.

Xəbərdə verilən məlumat görə tərəflər artıq müqaviləyə imza atıb.

Ronaldu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistan klubunda çıxış edir.

Onun sonuncu sosial media paylaşımında karyerasını başqa klubda davam etdirəcəyi gözlənilirdi. (Offsideplus.az)

Milli.Az