700 abonent qazsız qalacaq

30 May 2025 09:18

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən bu gün saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonentin qaz verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qaz təchizatının bərpası işlər tamamlandıqdan dərhal sonra həyata keçiriləcək.

Milli.Az