Xəzərdə yeni ada yaranıb

30 May 2025 07:07

Xəzər dənizinin şimal hissəsində yeni ada yaranıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Xəzər dənizinin dayazlaşmasının növbəti sübutudur.

"Okeanologiya İnstitutunun Xəzər bölməsinin və Həştərxan Təbiət Qoruğunun ekspedisiyası zamanı alimlər Şimali Xəzərdə yeni adanın - Orta İnci adasından 30 km cənub-qərbdə mövcudluğunu təsdiqləyiblər", - məlumatda deyilir.

Milli.Az