Bu ərazilərdə qaz olmayacaq

30 May 2025 00:22

Paytaxtın Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Milli.Az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Milli.Az