Azərbaycan minifutbol millisi dünya çempionatının yarımfinalına yüksəldi

29 May 2025 22:48

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib.

Milli.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandası İngiltərə seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamız yarımfinalda Monteneqro ilə qarşılaşacaq.

 

Milli.Az