Qəzzada dönüş nöqtəsi - HƏMAS lideri öldürüldü?

29 May 2025 15:20

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının lideri Məhəmməd Sinvarın zərərsizləşdirildiyini bildirib.

Milli.Az xəbər verir ki,o, bu barədə Knessetdə çıxışı zamanı açıqlama verib.

"Biz HƏMAS-ın idarəetmə gücünü sarsıtmaqda mühüm mərhələyə çatdıq. Məhəmməd Sinvarı zərərsizləşdirməyi bacardıq", - deyə Netanyahu vurğulayıb.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri mayın 13-də Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində yerləşən Avropa Xəstəxanasının altındakı yeraltı qərargaha hava zərbələri endirdiyini açıqlamışdı. 

Asya
Milli.Az