Maldiv Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

29 May 2025 11:45

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan böyük məmnunluq duyuram. Bu tarixi bayram Azərbaycan xalqının müstəqilliyi və öz müqəddəratını təyin etməsi ilə səciyyələnir, onun birliyini və mətanətini simvolizə edir.

Maldiv Respublikası ölkələrimizin mənafeyinə uyğun olaraq ikitərəfli əlaqələri dərinləşdirməyə, tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az