Prezident: Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır

28 May 2025 16:47

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı - red.) yeni səhifəsi açılır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.

"Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az