Azərbaycanda məktəbli qəfil ÖLDÜ

28 May 2025 10:42

Naftalanda məktəbli müəmmalı şəkildə ölüb. 

Milli.Az xəbər verir ki, hadisə Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 2010-cu il təvəllüdlü Şamil Mustafazadə yaşadığı evdə qəfil ölüb.

9-cü sinifdə oxuyan Şamilin meyitini ailə üzvləri tapıb. 

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.  /Lent.az

Milli.Az