"Estetik əməliyyatlarımın qiyməti 80 min manatdır"

29 May 2025 12:38

Müğənni Qumral Musayeva maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, efirlərin birində qonaq olan ifaçı etdirdiyi estetik əməliyyatlarından danışıb.

Sənətçi bunun üçün sərf olunan məbləğin nə az, nə çox, düz 80 min manat olduğunu bildirib.

Onun bu açıqlaması sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb.

İzləyicilər Qumralın bu addımının yalnış olduğunu, bəziləri estetiklə gözəllik olmadığını, bir qismi bu məbləğin həmin prosedurlar üçün çoxluğunu qeyd ediblər.


Hüseyn
Milli.Az