Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin olundu

27 May 2025 23:38

Türkiyəli tanınmış futbol mütəxəssisi Arda Turan Ukraynanın "Şaxtyor" komandasının baş məşqçisi təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Donetsk klubunun rəsmi saytı məlumat yayıb.

Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Arda Turan son olaraq ölkəsində "Eyupspor"a rəhbərlik edib.

Milli.Az