İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif

27 May 2025 21:50

Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim.

Milli.Az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.

Milli.Az