Məhkəmə Hüseynlə bağlı qərar verdi

27 May 2025 21:48

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib.

Milli.Az TASS-a istinadən xəbər verir ki, onun apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Hüseyn 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. 

Milli.Az