Zenfira ilk dəfə dəbdəbəli evini göstərdi - VİDEO

27 May 2025 18:00

Müğənni Zenfira İbrahimova ilk dəfə evinin qapısını kameraların obyektivinə açıb.

Milli.Az xəbər verir ki, o, verilişlərin birində öz dəbdəbəli mənzili nümayiş etdirib.

Sözügedən görüntülər marağa səbəb olub.

5 otağı olduğunu bildirən Zenfira lüks mənzilinin otaqlarının qapılarını bir-bir aparıcının üzünə açıb.

Sözügedən evindən başqa, daha 2 mənzili olan müğənni onlardan birini satdığını, digərinin isə hazırda kreditinin ödənişinə davam etdiyini bildirib.

Hüseyn
Milli.Az