Zidan bu futbolçunu "yerə-göyə sığdırmadı": "Həyatımda görməmişəm...”

27 May 2025 14:45

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan "Barselona"nın gənc ulduzu Lamin Yamaldan danışıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbol əfsanəsi parlamaqda olan ulduzu "yerə-göyə sığdıra bilməyib.

"İnter"lə yarımfinalın ikinci yarısında olanları baxsaq, həyatımda belə şey görməmişəm. Oyuna hakim olmaq və nəzarət etmək müstəsna bir şey idi. Belə inamlı və yetkin oyunu izləmək heyrətamiz idi. Hamımız əla vaxt keçirdik. Buna görə Lamin gənc nəsil üçün əsl ilham mənbəyinə çevrilib. Hər dövrün öz qəhrəmanları var və bu, əladır".

Bildirək ki, Lamin Yamal 2024/2025 mövsümündə "Barselona"nın heyətində 55 oyunda, 18 qol və 25 məhsuldar ötürməni adına yazdırıb.

Hüseyn
Milli.Az