Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.
Milli.Az