Ekvadorun ən böyük neft zavodunda güclü PARTLAYIŞ - VİDEO

27 May 2025 12:32

Ekvadorun ən böyük neft emalı zavodunda güclü partlayış və yanğın baş verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, zavod yanğın səbəbilə ehtiyat tədbiri olaraq fəaliyyətini dayandırıb.

Baş verən yanğın nəzarət altına alınıb, dövlət neft şirkəti "Petroecuador" və ölkənin energetika naziri şirkətin ehtiyat tədbiri olaraq əməliyyatların dayandırıldığını bildirib.

Şirkətdən bildirilib ki, "Petroecuadorun Esmeraldas" neft emalı zavodunun bütün işçiləri heç bir xəsarət almadan təhlükəsiz şəkildə təxliyə edilib və səbəb və infrastruktura dəyən ziyanla bağlı araşdırmalar davam edir.

Milli.Az