Hər gün təxminən 3 litr Coca-Cola içən bir kişinin sidik kisəsindən 35 daş çıxarılıb.
Milli.Az bildirir ki, hadisə ilə əlaqədar olaraq həkimlər qazlı içkilərin təhlükələri ilə bağlı xəbərdarlıq etdilər.
Hadisə Braziliyada baş verib. Uroloq həkim Thales Andrade Instagram hesabında bu vəziyyəti paylaşaraq bildirib ki, şəkərli və qazlı içkilərin həddindən artıq qəbulu böyrək daşı yaranmasına səbəb ola bilər.
Həkim əməliyyatdan sonra xəstədən götürülən iri, sarı daşları da nümayiş etdirib. O bildirib ki, böyrək daşları sidik yollarında toplanaraq məsanəyə düşür və güclü ağrılara, ürəkbulanma, qusma, sancı və qanlı sidikə səbəb ola bilər.
Əgər bu daşlar vaxtında müalicə olunmazsa, sidik kisəsinə düşərək böyrək çatışmazlığına və ya bədənin öz toxumalarına zərər verərək həyati təhlükə yarada bilər. Buna görə də, yüksək miqdarda Coca-Cola içmək bədəndə kalsium səviyyəsini artıraraq daş əmələgəlmə riskini yüksəldir.
İsmayıl
Milli.Az