Türkiyədə ağır qəza - 5 azərbaycanlı yaralandı - FOTO

27 May 2025 11:33

İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə zamanı 68-CA-524 nömrə nişanlı "Mitsubishi" markalı avtomobil idarəetməni itirərək aşıb. 

Hadisə nəticəsində Naxçıvandan olan 5 vətəndaş yaralanıb, 1 nəfər isə həyatını itirib. Hadisə yerinə gələn yanğınsöndürənlər və tibbi briqada yaralılara yardım göstərib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Milli.Az