"İnter"in baş məşqçisi Simone İnzagiyə geri çevirilməz təklif edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" italiyalını komandanın sükanı arxasına keçirmək istəyir.
Bunun üçün klub rəhbərliyi təcrübəli mütəxəssisə 2 illik müqavilə və 100 milyon avro maaş təklif edib.
49 yaşlı İnzagi isə keçiriləcək Çempionlar Liqası finalında "PSJ" ilə matçdan sonra yekun qərarını verəcək.
Qeyd edək ki, Simone 2021-ci ilin iyulundan Milan klubunu çalışdırır.
Hüseyn
Milli.Az